Kaan International - haqqımızda
Kaan şirkəti 1998- ci ildən Azərbaycan Respublikası Bakı şəhərində öz fəaliyyətinə başlamışdır. Şirkət əsasən minik, yük, avtobus, sənaye texnikası və kənd təsərrüfatı avtomobilləri üçün rezin şinlərin topdan və pərakəndə satışının fəaliyyəti ilə məşğuldur. Bu işdə əməkdaşlıq etdiyimiz markaların keyfiyyəti bizim üçün çox önəmlidir.Bunun üçün marka seçimimizdə ilk olaraq Türkiyənin ən böyük fabriklərindən olan Brisa Bridgestone Sabancı Lastik Sanayi ve Ticaret A.Ş. –yə məxsus Lassa markası ilə başladıq.Halhazırda Şirkətimiz LASSA ilə birlikdə PETLAS və AEOLUS markalarının da ölkə üzrə rəsmi distribütorudur.Markalarımız keyfiyyətli və uzunömürlülüyünə görə bazar liderliyini qoruyub saxlayır.
Missiyamız
Müştəri tələblərinə diqqətli yanaşma ilə fərq yaradacaq keyfiyyətli və sağlam məhsulu düzgün qaydada təqdim etmək.
Vizyonumuz
İşimizdə müştərilərlə dürüst və şəffaf olmaq, eyni zamanda məhsullarımızın istifadəçilərə yüksək keyfiyyətlə və münasib qiymətlərə təqdim olunmasını təşkil etmək.
Dəyərlərimiz
- Müştərilərdə inam yaratmaq və maksimum səviyyədə məlumatlandırmaq;
- Müştərilərimizi keyfiyyətli məhsullar ilə təmin etmək;
- Fəaliyyətimizdə sağlam rəqabəti qorumaq və dürüst olmaq.
"Sağlam seçim ilə təhlükəsizliyinizi və rahatlığınızı birləşdirən bu məhsullar sizin maksimum qənaətiniz olacaqdır"
Bizi seçənlər